Bakıda növbəti beynəlxalq yarış

31.10.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2027-ci ilin sentyabrında “Sea Breeze”də açıq suda üzgüçülük üzrə dünyaca məşhur OCEANMAN yarışlar seriyasının Azərbaycan mərhələsi təşkil olunacaq.

Futbolpress.az xəbər verir ki, “Caspian Aqua Challenge” şirkətinin təşəbbüsü, Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və “Dream Group International”ın dəstəyi ilə keçirilən layihənin rəsmi təqdimatı və mətbuat konfransı baş tutub.

Turnirə hazırlıq çərçivəsində ultramarafonçu Varfolomey Kubkovski və Cəbəllütariq boğazını keçən ilk azərbaycanlı Boris Nəcəfov “Sea Breeze” akvatoriyasında 10 kilometrlik sınaq üzüşü həyata keçiriblər.

Mətbuat konfransında nazirliyin idman şöbəsinin müdiri Elnur Məmmədov, federasiyanın vitse-prezidenti Jalə Əhmədova, OCEANMAN-ın təsisçisi Fermin Egido və “OCEANMAN Azerbaijan”ın baş direktoru Səbinə Məmmədova çıxış edərək turnirin idman turizmi və sağlam həyat tərzinin təbliğindəki əhəmiyyətini vurğulayıblar.

3-5 sentyabr 2027-ci il tarixlərində müxtəlif yaş və məsafə kateqoriyalarında keçiriləcək yarışlar üçün artıq rəsmi qeydiyyata start verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью