Bakıda növbəti rapid turniri keçirilib FOTO

15.09.2025

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

Azərbaycan Şahmat Federasiyasında Uşaq-Gənclər Komissiyasının təşkilatçılığıyla növbəti rapid turniri keçirilib.

Apasport.az xəbər verir ki, 45 şahmatçının iştirak etdiyi yarış yeniyetmə şahmatçıların beynəlxalq turnirlərə hazırlıq məqsədi daşıyıb.

7 turdan ibarət yarışın nəticəsinə əsasən 6 xal toplayan Xaqan Əhməd turnirin qalibi adını qazanıb. Allahverdi Həmidovla Murad İbrahimli (hərəyə 5.5 xal) müvafiq olaraq 2-3-cü yerləri bölüşüb.

Qeyd edək ki, Azərbaycan Şahmat Federasiyası mütəmadi olaraq belə turnirlərin təşkilini planlaşdırır.

Azərbaycan şahmatçıları Türkdilli ölkələrin III Universiadasında medal qazanıblar "Grand Swiss 2025”də ölkəmizi 7 qrossmeyster təmsil edəcək Məhəmməd Muradlı yeniyetmələrlə görüşüb - FOTO Manafov 35-ci pillədə Şahmatçılarımız üçün növbəti ustad dərsi təşkil edilib - FOTO
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью