Bakıda Novruz bayramı ilə əlaqədar yarmarkalar təşkil olundu

21.03.2025

Icma.az, Sfera.az saytına istinadən bildirir.

Bakıda Novruz bayramı ilə əlaqədar kənd təsərrüfatı məhsullarının satışı üçün nəzərdə tutulan yarmarka açılıb.

Sfera.az bildirir ki, yarmarka paytaxtın Nizami küçəsində (“Tarqovu”) təşkil edilib.

Yarmarkada kənd təsərrüfatı məhsullarının satışı üçün ayrılan yerlər müasir standartlara uyğun formada təşkil edilib.

Həmçinin istehlakçılar və fermerlər üçün daha əlverişli ticarət mühiti yaradılıb.

Gün ərzində paytaxt sakinləri yarmarkaya axın edir. Əsas aktivlik isə axşam saatlarında müşahidə olunur. Bundan başqa bayram münasibətilə ilə Dənizkənarı Milli Parkda da bayram atributları quraşdırılıb, şəhərdə bayram ab-havası yaradılıb.

Sözügedən mənzərədən fotoları təqdim edirik:

Fotolar: Anar Bayramlı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью