Bakıda obyekt sahibi ağacları qəsdən qurudur?

23.05.2025

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yol kənarındakı ağacların qəsdən qurudulduğu iddia edilir.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. 

Şikayətçinin sözlərinə görə, hadisə qəsəbənin Heydər Əliyev prospektində qeydə alınıb:

"Yol kənarında obyekt tikirlər, bu səbəbdən də həmin ərazidəki ağaclar qəsdən qurudulur. Videodan da aydın olur ki, kənardakı ağacların budaqları yaşıl olduğu halda, obyektin qarşısındakılar artıq saralıb".

Hadisə ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdik.

Qurumdan BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, məsələ aidiyyatı üzrə yönləndirildi, araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью