Bakıda obyektdən 6 ton metal avadanlıq oğurlanıb

05.06.2026

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sabunçu rayonu ərazisində yerləşən obyektlərin birindən ümumi dəyəri 8000 manat olan 6 ton metal avadanlıq oğurlanıb.

DİN-in Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluq cinayətinə görə məhkum olunmuş 33 yaşlı T.Əzimov müəyyən edilərək saxlanılıb.

Araşdırmalar zamanı onun işlədiyi obyektdən dəmir avadanlıqları hissə-hissə talayaraq metal qəbulu məntəqələrinə satdığı müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью