Bakıda ödəmə terminalını belə taladılar MƏBLƏĞ

21.01.2025

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Sabunçu rayonunda ödəmə terminalından oğurluq edənlər saxlanılıblar

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Sabunçu rayonunda yerləşən marketlərin birində quraşdırılan ödəmə terminalından 13 min manatdan artıq pul və digər əşyaların oğurlanması barədə polisə məlumat daxil olub.

Sabunçu RPİ 15-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş H.Ovçiyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью