Bakıda ödənişli xidmətlərin dəyəri 9%dən çox artıb

02.01.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

2024-cü ilin yanvar-noyabr aylarında Bakı şəhərində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 6 940,3 milyon manat təşkil edib.

Bu barədə Bakıvaxtı.az Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə real ifadədə 9,2 faiz çoxdur.

Qeyd olunub ki, hüquqi şəxslər tərəfindən əhaliyə 6 643,9 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 95,7 faizini təşkil edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью