Bakıda oğlan işləmədiyinə görə ona irad bildirən atasını döydü

06.09.2026

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Bakının Xəzər rayonu ərazisində 2005-ci il təvəllüdlü E.İsmayılzadə atasını döyüb.

Avtosfer.az Xitab24.az-a istinadən xəbər verir ki, buna valideynin övladına işləməməsinə görə irad bildirməsi səbəb olub.

Mübahisə zəminində 21 yaşlı gənc atasına bir neçə yumruq zərbəsi endirib.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi açılıb. Xəzər Rayon Məhkəməsinin hökmünə əsasən, təüsirləndirilən şəxsin azadlığı 9 ay müddətinə məhdudlaşdırılıb.

Qeyd edək ki, zərərçəkmiş valideyn övladını bağışlamayıb, o, məhkəmədən oğlunun cəzalandırılmasını istəyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью