Bakıda oğul anasını öldürdü

29.11.2024

Icma.az bildirir, Lent az portalına istinadən.

Noyabrın 28-i saat 19 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən evlərdən birində 46 yaşlı İlhamə Məmmədovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabunçu rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, araşdırmalarla 27 yaşlı Qasım Məmmədovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək ögey anası İlhamə Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Qasım Məmmədov şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью