Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün səhər saatlarında Sabunçu qəsəbəsində qətl hadisəsi baş verib.
Axar.az APA-ya istinadla əbər verir ki, qəsəbədə yerləşən evdə 1972-ci il təvəllüdlü Sevinc Məmmədova münaqişə zəminində bıçaqla qətlə yetirilib.
Cinayəti törətməkdə şübhəli bilinən oğlu, 1992-ci il təvəllüdlü Elvin Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Əldə etdiyimiz məlumata görə, qadın NİDA Vətəndaş Hərəkatının üzvü olmuş, 2021-ci ildə İstanbulda vəfat edən Bayram Məmmədovun anasıdır.