Bakıda oğul atasını məhkəməyə verdi Detallar

12.08.2026

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakının Sabunçu rayonunda 46 yaşlı kişi oğluna xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən il dekabrın 25-də baş verib. Cəbrayıl rayon sakini, 1980-ci il təvəllüdlü Rahil həmin gün, gecə saat 02 radələrində yaşadıqları evin yataq otağında oğlu
Zaur (adlar şərtidir – red.) ilə mübahisə edib.
Bu zaman Zaur atasına qarşı nalayiq ifadə işlədib. Bundan qəzəblənən ata aralarında yaranmış mübahisə zamanı əli ilə oğlunun üz nahiyəsindən bir dəfə vurub və ona xəsarətlər yetirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Məhkəmədə təqsirləndirilən şəxs ifadəsində zərərçəkmiş şəxslə barışdığını söyləyib. Zərərçəkmiş şəxs də təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirib.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. İş üzrə icraata xitam verilib.
Fariz Məlikli
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью