Bakıda oğurluq 2 nəfər tutuldu

25.10.2025

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən 3 min manat dəyərində məişət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 34 yaşlı F.Muradov müəyyən olunaraq saxlanılıb.

Rayon ərazisində daha bir oğurluq hadisəsi də qeydə alınıb. Paytaxt sakini olan bir nəfərə məxsus pulqabından 1100 manat maddi vəsaiti oğurlamaqda şübhəli bilinən 48 yaşlı İ.Dobutkina saxlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью