Bakıda oğurluq edən 4 nəfər saxlanıldı | Icma.az
News24 saytından alınan məlumata görə, Icma.az bildirir. Nəsimi rayonunda yerləşən iki mağazada oğurluq hadisəsi qeydə alınıb.
Obyektlərdən ümumi dəyəri 435 manat olan qızıl-zinət əşyası və kosmetik vasitələr oğurlanıb.Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməlləri törətməkdə şübhəli bilinən 58 yaşlı R.Ağayev və 33 yaşlı N.Səlimova saxlanılıblar.Bundan başqa, rayon ərazisində yerləşən evdən 600 manat dəyərində qızıl-zinət əşyası oğurlamaqda, eləcə də bir nəfərin bank kartından 2040 manatı talamaqda şübhəli bilinən 29 yaşlı V.Əliyev və 53 yaşlı R.Hüseynov saxlanılıblar.Araşdırmalar aparılır.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu