Bakıda oğurluq kameralara düşdü Anbaan video

29.11.2024

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Noyabrın 26-sı Bakı şəhəri Nizami rayonu Bəhruz Nuriyev küçəsində yerləşən binaların dəhlizindən 15 ədəd yanğınsöndürən borunun oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə Globalinfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı hadisəni törətmiş 28 yaşlı Ş.Cəfərli saxlanılıb.

Ondan əlavə olaraq şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə olan metamfetamin də aşkar olunaraq götürülüb. Araşdırmalar davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью