Bakıda oğurluq şəbəkəsinə zərbə 5 nəfər tutuldu

02.09.2026

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Paytaxtın müxtəlif ərazilərində motosiklet və mopedlərin oğurlanması ilə bağlı polisə məlumatlar daxil olub.

Yeni Sabah xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Binəqədi rayonunda müxtəlif markalı iki motosiklet, Nəsimi rayonunda isə moped oğurlamaqda şübhəli bilinən 5 nəfər müəyyən edilərək saxlanılıb.

Saxlanılan şəxslərin S.Rüstəmov, T.Məmmədzadə, İ.Abışzadə, A.İsmayılov və F.Sultanzadə olduğu bildirilib. Toyuqlu pizza

Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Aytac Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью