Bakıda oğurluqlar edən şəxslər saxlanılıblar

29.08.2025

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Paytaxtın Xətai, Nərimanov və Səbail rayonlarında talama cinayətləri qeydə alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, naməlum şəxslər ayrı-ayrı vətəndaşlara məxsus mobil telefon, motosiklet, eləcə də marketlərin birindən 2 min 400 manat dəyərində lotereya biletləri oğurlayıblar. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməllərini törətməkdə şübhəli bilinən 33 yaşlı İ. Alxasov, əvvəllər məhkum olunmuşlar - 37 yaşlı R. Piriyev və 32 yaşlı T. Maksimov saxlanılıblar. Faktlarla bağlı araşdırmalar aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью