Bakıda Oktyabr küçəsi Sovet ənənəsini yaşadırıq?

24.07.2026

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Sabunçu rayonunun Zabrat qəsəbəsində küçələrdən birinin “Oktyabr” adlanması müzakirələrə səbəb olub. “Oktyabr” sözünün Sosialist İnqilabı ilə (Oktyabr İnqilabı) bağlı olması müzakirələrin əsas predmetinə çevrilib.

Bakı Şəhər İcra Hakimiyyətindən Axar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Zabrat qəsəbəsindəki Oktyabr küçəsinin “Böyük Oktyabr Sosialist İnqilabı”na heç bir aidiyyəti yoxdur.

Qeyd edilib ki, küçənin adı “Oktyabr” deyil, “18 Oktyabr”dır və bu da Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunduğu günlə (18 oktyabr 1991-ci il) bağlıdır.

“Bəzi xəbərlərdə küçənin “18 Oktyabr” əvəzinə “Oktyabr” kimi göstərilməsi sadəcə yanlışlıqdır”, - məlumatda vurğulanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью