Bakıda ölkə futbolunun əfsanələri arasında matç keçiriləcək

12.05.2025

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 12 may, AZƏRTAC

Mayın 21-dən iyunun 1-dək Bakıda təşkil olunacaq minifutbol üzrə dünya çempionatına həsr olunan “Legend Cup” keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə ölkə futbolunun əfsanələri arasında matç təşkil ediləcək.

“Neftçi 2000-lər” və “Premyerliqa məşqçiləri” arasında oynanılacaq “Legends Cup” mayın 19-da Milli Gimnastika Arenasında gerçəkləşəcək.

Qarşılaşma saat 20:00 da başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью