Bakıda ölümlə nəticələnən yolnəqliyyat hadisəsi baş verib

19.12.2024

Icma.az, Apa.az saytına istinadən bildirir.

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Suraxanı rayonu Hövsan-Türkan avtomobil yolunda baş verib.

Belə ki, 1989-cü il təvəllüdlü Davud Əhmədovun idarə etdiyi "Mercedes 190" markalı avtomobil ilə 1990-cı il təvəllüdlü Elvin Allahverdiyevin idarə etdiyi qızıl rəngli "Hyundai Avente" markalı avtomobil ilə toqquşub.

Hadisə nəticəsində hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarəti alıb.

2013-cü təvəllüdlü sərnişin Zəhra Əhmədzadə almış olduğu müxtəlif dərəcəli bədən xəsarətləri nəticəsində Respublika Neyrocərrahiyə xəstəxanasında ölüb.

Fakta cinayət işi başlanılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью