Bakıda ön şüşəsi sınıq avtobus sərnişin daşıyır AYNA dan açıqlama VİDEO

11.11.2026

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Pirəkəşkül və Müşfiqabad qəsəbələri istiqamətində fəaliyyət göstərən 114A nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslardan biri ön şüşəsi sınıq vəziyyətdə xəttə buraxılıb.

Bu barədə görüntülər "Bakupost"un qaynar xəttinə göndərilib.

"Bakupost"un sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, yaxın zamanda sözügedən marşrut üzrə avtobus parkının yenilənməsi nəzərdə tutulur.

Qurumdan, həmçinin qeyd edilib ki, daşıyıcıya avtobusların texniki cəhətdən saz vəziyyətdə saxlanılması və mövcud nöqsanların aradan qaldırılması ilə bağlı xəbərdarlıq edilib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью