Bakıda orta aylıq əməkhaqqı 9% ə yaxın artıb

03.12.2025

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2025-ci ilin yanvar-sentyabr aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,6 faiz artaraq 1360,4 manat olub.

Bu barədə “APA-Economics”ə Bakı Statistika Komitəsindən bildirilib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,5 faiz artaraq 1087,7 manat təşkil edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью