Bakıda orta aylıq maaş artdı

04.11.2024

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu ilin yanvar-avqust aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 1 258,9 manat təşkil edib.

Bu barədə Gununsesi.info Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Bildirilib ki, paytaxtda orta aylıq əmək haqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,2 % artıb.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əmək haqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 8 % artaraq 997,1 manat təşkil edib.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью