Bakıda orta əməkhaqqı ARTIB

13.12.2024

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Bu ilin yanvar-sentyabr aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 min 252,7 manat təşkil edib.

Bu barədə Bakıvaxtı.az-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,3 % artıb.

Qeyd edək ki, 9 ayda Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 8 % artaraq 993 manat təşkil edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью