Bakıda orta illik inflyasiya 7% ə yaxın olub

26.08.2025

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2025-ci ilin yanvar-iyul aylarında Bakı şəhərində istehlak qiymətləri indeksi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 106.9 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 106 faiz, qeyri-qida məhsulları üzrə 105,3 faiz təşkil edib.

Dövlət Statistika İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, bu dövrdə əhaliyə göstərilən ödənişli xidmətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.5% bahalaşıb.

Qeyd edək ki, cari ilin I yarımilində Bakıda orta illik inflyasiya 7% idi.

Xatırladaq ki, Azərbaycanda istehlak qiymətləri indeksi cari ilin yanvar-iyul aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,8 faiz təşkil edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью