Bakıda orta məktəblərin birində 2 gündür işıq yoxdur? Xəbər saytı Son xəbərlər və Hadisələr

17.12.2024

Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakıda orta məktəblərin birində şagirdlər iki gündür qaranlıqda dərs keçmək məcburiyyətində qalıblar.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Söhbət Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən 319 saylı orta məktəbdən gedir. Övladları təhsil ocağında təhsil alan valideynlər bildirib ki, şagirdlər iki gündür qaranlıq və soyuqda sinif otaqlarında otururlar.

Məktəbdə elektrik enerjisinin hansı səbəbdən kəsilməsi isə məlum deyil.

Orxan Hüseyn

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью