Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
Paytaxtın Koroğlu Rəhimov küçəsində yerləşən oteldə yanğın baş verib.
"Yeni Sabah" xəbər verir ki, yanğın obyektin 1-ci mərtəbəsində olub.
Alovun otelə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. pizza sifarişi
Binanı tərk edə bilməyən otelin qonaqları təxliyə olunub. Xəsarət alan olmayıb. Yanğın nəticəsində saunanın taxta konstruksiyadan ibarət buxar otağı sahədə yanıb. Saunanın böyük hissəsi və otel binası yanğından mühafizə edilib.