Bakıda oteldə yanğın olub

23.08.2025

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda üçmərtəbəli otel binasında yanğın olub.

FHN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, paytaxtın Xətai rayonunda ümumi sahəsi 1200 m² olan üçmərtəbəli otel binasının mənfi birinci mərtəbəsində yerləşən sauna otağının, sanitar qovşağının və dəhlizinin yanar konstruksiyaları 60 m² sahədə yanıb. Otel binasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью