Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir. Bakıda qadın dönərxanada döyülüb.
"Cebheinfo.az" lent.az-a istinadən xəbər verir ki, hadisə Zirə qəsəbəsində qeydə alınıb.
Qəsəbədə dönərçi işləyən təqsirləndirilən şəxs, 34 yaşlı Məzahir İsmayılovun (ad və soyad şərtidir) övladı oxuduğu məktəbdə sinif yoldaşı tərəfindən döyülüb.
Məzahirin sözlərinə görə, hadisə zamanı övladına bədən xəsarəti yetirilib: “Bu hadisə ilə əlaqədar müəlliməyə şikayət etdim.
Dedi ki, həmin şagirdin ata-anası yoxdur. Həmin vaxt gördüm o uşağı bir taksi sürücüsü aparır.
Sürücüyə dedim ki, uşağı təhvil verəndə valideyninə desin ki, övladına tərbiyə versin”.
Axşam saatlarında bir qadın Məzahirin işlədiyi dönərxanaya gələrək, onu axtarıb. Sonra isə üstünə hücum çəkərək, köynəyini cırıb.
Bu zaman içkili olan Məzahir də qadını itələyərək, onu təhqir edib.