Bakıda oyun zamanı meydana pişik girdi Video

15.02.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının oyunu zamanı meydana pişik daxil olub.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, qeyri-adi olay Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində XI turun "Murov Az Terninal" - UNEC matçında baş verib.

Nominal meydan sahibləri ikinci setdə 11:2 hesabı ilə öndə olduqları vaxt topu oyuna daxil etmək istəyiblər. Bu zaman pişik oyun meydançasına girib. Qarşılaşmada məcburi fasilə yaranıb. Yalnız pişik meydanı tərk etdikdən sonra oyun bərpa olunub.

Qeyd edək ki, görüş "Murov Az Terminal"ın qələbəsi ilə yekunlaşıb - 3:0.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью