Bakıda Pakistan vətəndaşının başına iş gəldi FOTO VİDEO

27.01.2026

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Bakının Nəsimi rayonunda Pakistan vətəndaşının başına iş gəlib.
Avtosfer.az xəbər verir ki, bu barədə Humayun Tariq adlı Pakistan vətəndaşı baku.ws-in "qaynar xətti"nə müraciətində bildirib.
Onun sözlərinə görə, həmin şəxs Pakistan vətəndaşı Nəcəf bəy Vəzirov küçəsində, Aşıq Ələsgər parkının yaxınlığında maşınını parkinqdə saxlayıb. Lakin "Mercedes" markalı başqa bir avtomobilin sürücüsü nəqliyyat vasitəsini onun maşınının qarşısına park edib. Nə qədər etiraz bildirsə də həmin şəxs maşınını ərazidən çəkməyib. Nəticədə Pakistan vətəndaşı çıxılmaz vəziyyətdə qalıb.
Şikayətçi deyir ki, Mercedes sürücüsü məsuliyyəti üzərindən ataraq, "sabah gələrəm" deyib və hadisə yerini tərk edib.

Oxunub 12

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью