Bakıda park edilən avtomobildən meyit tapıldı

17.04.2025

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Dünən axşam saatlarında paytaxtın mərkəzində park halında olan avtomobildən meyit tapılıb.

Avtosfer.az xəbər verir ki, hadisə saat 19 radələrində Z.Yusufzadə küçəsi, 19-un qarşısında baş verib. "Avto Azərbaycan" MMC-yə məxsus KIA markalı 77-AC-218 dövlət qeydiyyat nişanlı avtomobildən kişi meyiti tapılıb.

Ölən şəxsin Bakı şəhər sakini. 1959-cu il təvəllüdlü B.Həmidov olması müəyyən edilib.

İlkin məlumata görə, sürücü avtomobildə infarkt keçirərək ölüb.

Faktla bağlı araşdırma aparılır. (Teleqraf)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью