Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? VİDEO

18.09.2026

Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Parkda pilləkənlərin üzərində yerləşən şüşə konstruksiyada çatlar yaranıb...

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, paytaxtın Yasamal rayonunda yerləşən Mərkəzi parka üz tutanlar şüşənin qırılıb insanların üzərinə tökülə biləcəyindən narahatdırlar.

Bəzi sakinlər isə bu şüşələrin qırılsa da, tökülmədiyini, təhlükəsiz olduğunu iddia edirlər.

Parkın sahə rəisi isə deyir ki, bu hal birinci dəfə yaşanmır, bəzən günəş şüalarının təsiri, bəzən də sərt müdaxilələr şüşələrin çatlamasına səbəb olur.

 Həmçinin materialların artıq xarici ölkədən sifariş olunduğu, şüşələrin yaxın günlərdə yenisi ilə əvəz ediləcəyi bildirildi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью