Bakıda parklanma ilə bağlı YENİLİK

21.05.2025

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Ödənişli parklanma yerlərindən istifadənin əlçatanlığını təmin etmək məqsədilə parklanma məntəqələri vahid nömrə ilə qeyd edilir. 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Lent.az-a verilən xəbərə görə, müvafiq kəsişmələr çərçivəsində bir küçənin eyni məntəqə altında birləşdirilməsi təcrübəsi hazırda paytaxtın parklanma məntəqələrində geniş istifadə olunur. 

Görülən işlər çərçivəsində məntəqələrin sayı 2400-dən 690-a endirilib. Bununla da sürücülər parklanma məntəqəsinin nömrəsini daha rahat tapa bilirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью