Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 21 may, AZƏRTAC
Ödənişli parklanma yerlərindən istifadənin əlçatanlığını təmin etmək məqsədilə parklanma məntəqələri vahid nömrə ilə qeyd edilir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a bildirilib ki, müvafiq kəsişmələr çərçivəsində bir küçənin eyni məntəqə tərkibində birləşdirilməsi təcrübəsi hazırda paytaxtın parklanma məntəqələrində geniş istifadə olunur.
Görülən işlər çərçivəsində məntəqələrin sayı 2400-dən 690-a endirilib. Bununla da sürücülər parklanma məntəqəsinin nömrəsini daha rahat tapa bilirlər.