Bakıda pəncərədən yıxılan 3 yaşlı uşaq xəstəxanaya yerləşdirilib

29.11.2025

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakıda pəncərədən yıxılan 3 yaşlı uşaq xəstəxanaya yerləşdirilib.

"Cebheinfo.az" xəbər verir ki, APA-nın məlumatına görə hadisə paytaxtın Suraxanı rayonunda baş verib.

Məlumata görə, Qaraçuxur qəsəbə sakini 2022-ci il təvəllüdlü H.Ə. yaşadığı evin 2-ci mərtəbəsindəki pəncərəsindən yıxılıb.

Xəstəxanaya yerləşdirilən H.Ə.-nin vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью