Bakıda piyada keçidində qadını maşın vurdu

07.05.2025

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Bakı şəhəri, Səməd Vurğun küçəsində piyadanı avtomobil vurub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, 90-OU-858 dövlət nömrə nişanlı "Chevrolet Malibu" markalı avtomobilin qadın sürücüsü piyada keçidindən keçmək istəyən həmcinsini vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri almış qadın 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Aygün Mirakif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью