Bakıda piyada keçidində vurulan şəxs xəstəxanada ölüb

25.08.2026

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakının Xətai rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonunun Yusif Səfərov küçəsində baş verib.

Rəsulov Pərviz Salman oğlu idarə etdiyi "Toyota Camry" markalı avtomobillə Yusif Səfərov küçəsində olan zaman piyada keçidinin üzərində, yolu sağdan sola keçən piyada 1994-cü il təvəllüdlü Əlizadə Samir Qeys oğlunu vuraraq xəsarət yetirib.

Nəticədə piyada Samir Əlizadə aldığı xəsarətlərdən Sabunçu Tibb Mərkəzində ölüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 236-1.3-cü maddəsi ilə cinayət işi başlanıb.

İstintaq aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью