Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Bakıda sürücüləri çətin vəziyyətdə qoymaq və onları haqsız yerə günahkar çıxarmaq istəyən şəxslərin əməlləri yenidən gündəmə gəlib. Gecə saatlarında qeydə alınan görüntülərdə bir nəfərin ağ rəngli minik avtomobilinin qarşısında qəfil yerə uzandığı görünür.
Həmin şəxs guya nəqliyyat vasitəsi tərəfindən vurulduğunu nümayiş etdirərək sürücünü şantaj etməyə və şərləməyə cəhd göstərib.
Lakin onun bu hiyləsi baş tutmayıb. Kadrlar həmin an ərazidən motosikletlə keçən başqa bir sürücünün kamerasına düşüb. Yalandan özünü yerə atan şəxs əməlinin lentə alındığını və ifşa olunduğunu anladıqdan sonra dərhal ayağa qalxaraq ərazidən uzaqlaşıb.
Həmin anların görüntülərini təqdim edirik:
bax.tvhttps://player.bax.tv/embed/227386.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar