Bakıda piyada qəzanın qurbanı oldu

01.12.2025

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

Globalinfo.az bildirir ki, “Report”un xəbərinə görə, Musayev Zakir Məmmədəğa oğlu Sabunçu rayonu, Maştağa şosesində Maştağa qəsəbəsi istiqamətində idarə etdiyi “Toyota-Prius” markalı avtomobillə hərəkətdə olarkan piyada 1975-ci il təvəllüdlü Əskərov Elşən Paşa oğlunu vurub.

Xəstəxanaya yerləşdirilən piyada həkimlərin səyinə baxmayaraq ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью