Bakıda piyada səkisinin zəbt edilməsinin qarşısı alınıb

23.10.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılması ilə bağlı məlumat sosial şəbəkələrdə yayılıb.

Bakı Şəhər İcra Hakimiyyətindən Bakıvaxtı.az-a verilən məlumata görə, qanunsuz müdaxilələr aradan qaldırılıb, piyada səkisinin zəbt edilməsinin qarşısı alınıb.

Bununla da ərazidə piyadaların təhlükəsiz hərəkəti yenidən təmin olunub.

BŞİH tərəfindən gələcəkdə də ərazidə monitorinqlər aparılacaq və bu kimi qanunsuz halların qarşısının alınması üçün müvafiq tədbirlər görüləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью