Bakıda piyada sürücüyə hirslənib maşının üstünə dırmaşdı REAL VİDEO

25.01.2026

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün saat 13:00 radələrində paytaxt ərazisində, "Əhmədli” metrosunun yanında insident baş verib.

Avtosfer.az xəbər verir ki, sürücü avtomobili ilə hərəkətdə olarkən piyada keçidinə yaxınlaşıb və piyadaların keçməsi üçün nəqliyyat vasitəsini saxlayıb. Piyadalar keçiddən istifadə etdiyi vaxt sürücünün avtomobil siqnalından istifadə etməsi piyadalardan birinin narazılığına səbəb olub. Həmin şəxs qaçaraq avtomobilə doğru hərəkət edib, nəqliyyat vasitəsinin üzərinə çıxaraq sürücüyə hücum edib.

Məlumata əsasən, insidentdən sonra sürücü irəliyə keçərək avtomobili saxlayıb və Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə məlumat verib. Lakin qarşı tərəfin hadisə yerində gözləmədiyi və ərazini tərk etdiyi bildirilir.

Eltac

Oxunub 194

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью