Bakıda piyadadan ağlasığmaz hərəkət Yolda uzanıb pul istədi VİDEO

24.07.2026

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paytaxtın mərkəzi küçələrindən birində sürücülər üçün təhlükəli vəziyyət yaradan piyadalar kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl səhər saatlarında qeydə alınıb.

Kadrlardan görünür ki, biri azyaşlı, digəri isə gənc qadın olan iki piyada avtomobillərin intensiv hərəkət etdiyi yolun hərəkət hissəsində dayanaraq həm öz həyatlarını, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini riskə atıblar. Onlardan biri hətta yolun hərəkət hissəsində asfaltın üzərinə uzanıb. Yaxınlaşmaqda olan motosikleti gördükdən sonra isə geri çəkilərək maneənin üzərinə oturub. Daha sonra əlini sürücüyə uzadaraq ondan pul istəyib.

Qeyd edək ki, qanunvericiliyə əsasən, piyadalar yolun hərəkət hissəsində digər hərəkət iştirakçıları üçün təhlükə yarada biləcək hərəkətlərdən çəkinməli, yolu yalnız müəyyən olunmuş qaydada və təhlükəsizlik tələblərinə əməl etməklə keçməlidirlər. Bu tələblərin pozulması həm piyadaların, həm də sürücülərin həyatı üçün ağır nəticələrə səbəb ola bilər.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью