Bakıda piyadaların üzləşdiyi təhlükə ilə bağlı DİN dən AÇIQLAMA

15.11.2026

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakının Yasamal rayonunda, İnşaatçılar prospektindən Bakıxanov küçəsi istiqamətinə gedən yolda təhlükəli vəziyyət yaranıb.

Avtosfer.az Baku TV-yə istinadla bildirir ki, prospekt istiqamətindən gəlib sağa dönmək istəyən avtomobillər üçün 24 saat yaşıl işıq yansa da, dönmə manevrinin qarşısında piyada keçidi yerləşir.

Bu zaman həm sürücülər, həm də piyadalar üçün yaşıl işıq yandığından hər iki tərəf hərəkətdə üstünlüyə malik olduğunu düşünür.

Nəticədə sürücülər qarşılarına çıxan piyadaları vurmamaq üçün qəfil əyləci sıxırlar. Arxadan gələn avtomobillər isə vaxtında dayana bilmədikdə toqquşma təhlükəsi yaranır.

Sakinlərin və sürücülərin dediklərinə görə, xüsusilə, axşam saatlarında həmin ərazidə qəzalar baş verir.

Nəqliyyat eksperti Elməddin Muradlı mövzu ilə bağlı danışarkən bildirib ki, həmin ərazidə piyada keçidinin quruluşu və yerləşdiyi nöqtə təhlükəlidir:

"Sözügedən ərazidə illərdir mövcud olan problem həllini tapmayıb. Daimi yaşıl işıq sürücüləri piyadalarla qarşılaşdıqları zaman riskli vəziyyətə salır. Digər tərəfdən, piyadalar da yolu təhlükəsiz şəkildə keçməkdə çətinlik çəkirlər. Burada dəfələrlə qəza olub".

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən Avtosfer.az-a verilən məlumata görə, qeyd olunan prospektdə svetoforların iş prinsipində hər hansı ziddiyət yoxdur. Belə ki, “Yol hərəkəti haqqında” Qanunun 75-ci maddəsinə əsasən, sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, eləcə də həmin hissəni velosiped yolu ilə keçən velosipedçilərə və kiçik elektrik nəqliyyat vasitələrinin sürücülərinə yol verməlidir.

Qarşıda yerləşən svetoforun işıq siqnallarına dəyişiklik edilməsi nəqliyyat axınının intensivliyinə mənfi təsir göstərə və prospektdə əlavə ləngimələrin yaranmasına səbəb ola bilər. Svetoforların hazırki iş rejimi ilə hərəkətin tənzimlənməsi təmin edilir.

YouTubehttps://www.youtube.com/watch?v=oCvgvoUeCk8

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью