Bakıda piyadanı maşın vurub öldürdü

04.01.2025

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində maşın piyadanı vuraraq öldürüb.

Redaktor.az xəbər verir ki, yanvarın 2-də saat 21:00 radələrində Əlizadə Tapdıq Sahib oğlu etibarnamə əsasında idarə etdiyi “Opel Vektra" markalı avtomobillə yolu keçən 1978-ci il təvəllüdlü piyada Rzayevə Elnarə Polad qızını vurub.

Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı Suraxanı RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb və istintaqı aparılır (Report).

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью