Bakıda piyadanı vurduğu deyilən məmur KİMDİR...

13.01.2025

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, Bakıda avtomobillə piyadanı vuraraq ölümünə səbəb olan şəxsin  “Azəriqaz” İstehsalat Birliyin baş direktorun müşaviri Nail Abdullayevin olması barədə xəbərlər yayılıb.

Modern.az-ın məlumatına görə,  Nail Abdullayev ötən ilin ortalarından “Azəriqaz”da çalışır.

O, Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadiyyatın Tənzimlənməsi” bakalavr təhsili, Bahçeşehir Universitetində “Biznesin idarə edilməsi” (MBA) üzrə isə magistr təhsili alıb.

Nail Abdullayev 2013-cü ildən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) tabeliyində olan qurumlarda, SOCAR Türkiye Qrupunda müxtəlif rəhbər vəzifələrdə çalışıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью