Bakıda piyadanı vurmamaq üçün manevr edən sürücü maşını maneəyə çırpıb AŞIRDI

21.05.2025

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı şəhərində avtomobil maneəyə çırpılaraq aşıb.

Oxu.Az xəbər verir ki, sözügedən yol-nəqliyyat hadisəsi Qala-Pirallahı yolunda qeydə alınıb.

Yolun hərəkət hissəsindən keçən piyadanı vurmamaq üçün manevr edən 90-MV-949 dövlət nömrə nişanlı, "Hyundai" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini yolun kənarındakı maneəyə çırpıb, nəticədə maşın aşıb.

Hadisə zamanı xəsarət alanın olub-olmaması barədə məlumat yoxdur.

Yol-nəqliyyat hadisəsinin baş verdiyi ərazidən görüntünü təqdim edirik:

Aygün Mirakif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью