Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakıda qaydaları pozan sürücü təbir görülüb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirildi ki, sözügedən nəqliyyat vasitəsinin sürücüsü müəyyən edilərək barəsində qanunamüvafiq tədbir görülüb.
14.30***
Bakıda qaydaları pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Üzeyir Hacıbəyli küçəsilə Aleksandr Puşkin küçəsində qeydə alınıb. Belə ki, 77-HK-913 qeydiyyat nişanlı "Ravon" markalı avtomobilin sürücüsü yolayrıcından sola dönən zaman hərəkət hissəsini keçən piyadaya yol verməyib. Videodan da aydın şəkildə görünür ki, sürücü düzünə hərəkət təşkil edilmiş zolaqdan sola dönərək həm görüntünü qeydə alan avtomobilə, həm də piyadaya təhlükə yaradıb. Piyada sürətini artırmasaydı, qəza qaçılmaz olacaqdı.
Fərid