Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xətai rayonundakı 38 saylı şəhər poliklinikasında rentgen şəkillərinin elektrik qızdırıcısı üzərində qurudulduğu iddia olunur.
“Qafqazinfo” xəbər verir ki, vətəndaşların sözlərinə görə, müəssisədə rentgen şəkillərini qurutmaq üçün nəzərdə tutulan aparat işləmir.
Həmin qurğunun sıradan çıxdığını poliklinika əməkdaşlarından biri də təsdiqləyib.
Tibb müəssisəsinin rəhbərliyi isə iddiaları təkzib edərək rentgen şəkillərini qurudan aparatın işlək vəziyyətdə olduğunu bildirib.
Məsələ ilə bağlı TƏBİB-dən problemin araşdırılacağı qeyd olunub.
Daha ətraflı “Barometr TV”nin süjetində: