Bakıda poliklinikanın təmirinə milyon yarım xərclənəcək

24.09.2026

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda 28 saylı şəhər poliklinikasının əsaslı təmiri ilə bağlı açıq tender elan edilib.

"AzPolitika" Oxu.az- istinadla xəbər verir ki, "İnnovasiya və Təchizat Mərkəzi" publik hüquqi şəxsi tərəfindən keçirilən tenderin ehtimal olunan qiyməti 1 milyon 513 min manat təşkil edir.

Satınalma siyahısında dam örtüyünün sökülməsi, sement-qum düzləndirici qatın hazırlanması, inşaat tullantılarının daşınması, divarların suvaqlanması, örtüyün istiləşdirilməsi və digər təmir işləri yer alıb.

Ümumilikdə satınalma siyahısında 291 adda iş qeyd edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью