Bakıda polis faciəvi şəkildə həyatını itirdi

15.11.2024

Icma.az, Publika.az portalına istinadən məlumat yayır.

Bakının Səbail rayonunda Salyan yolunda noyabrın 15-də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Publika.az-a bildirilib ki, “Daewo” markalı avtomobil yolu keçən piyada, polis nəfəri Ərtoğrul Həsənlini vurub.

"Ona göstərilən tibbi müdaxilələrə baxmayaraq həyatını itirib", məlumatda vurğulanıb.

Qeyd edilib ki, faktla bağlı cinayət işi başlanılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью